...

Finlandiya NATO ilə yeni üzvlərin alyansa qoşulması mexanizmlərini müzakirə edib

Dünya xəbərləri Materials 30 Mart 2022 04:50 (UTC +04:00)
Finlandiya NATO ilə yeni üzvlərin alyansa qoşulması mexanizmlərini müzakirə edib

Bakı. Trend:

Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens Stoltenberq ilə yeni üzvlərin alyansa qəbulu ilə bağlı prinsip və prosedurları müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Finlandiya prezidenti özünün sosial şəbəkədəki hesabında yazıb.

"Finlandiyanın təhlükəsizliyini gücləndirmək və bütün imkanları və növləri araşdırmaq lazımdır. Buna görə də, baş katib Stoltenberq və mən yeni üzvlərin qəbulu ilə bağlı bütün prinsipləri və prosedurları hərtərəfli müzakirə etdik", - deyə S.Niinistö bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti