...

Somalidə "əş-Şəbab" silahlıları Bulo Marer şəhərinə daxil olub

Dünya xəbərləri Materials 31 Mart 2022 21:58 (UTC +04:00)
Somalidə "əş-Şəbab" silahlıları Bulo Marer şəhərinə daxil olub

Bakı. Trend:

“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo Marer şəhərinə daxil olub.

Trend-in məlumatına görə, bu barədə "Goobjoog News" xəbər portalı bildirib.

Məlumata əsasən, hökumət bölmələri şəhər mərkəzindən kənara çəkilib və onun kənarında, Kambaridəki ordu bazasında cəmlənib. Orada, həmçinin Afrika İttifaqının Somalidəki Missiyasından (AMISOM) olan Uqanda kontingenti yerləşib.

Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələлш verilməyib. Bulo Marer Somalinin paytaxtı Moqadişudan 100 km cənubda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti