Bakı. Trend:
Polşanın cənub-qərbindəki Pnevek kömür mədənində ard-arda iki partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.
Onun sözlərinə görə, 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Daha yeddi nəfərin mədəndə qaldığı deyilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd olunur ki, birinci partlayışdan sonra xilasetmə işləri aparılarkən ikinci partlayış baş verib.