...

Şolts Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin şərtini açıqlayıb

Dünya xəbərləri Materials 2 May 2022 22:09 (UTC +04:00)
Şolts Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin şərtini açıqlayıb

Bakı. Trend:

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi Kiyev və Moskva arasında razılıq əldə edilmədən mümkün deyil.

Trend xəbər verir ki, bunu "CDF" telekanalının efirində Almaniyanın kansleri Olaf Şolts deyib.

"Rusiya və Ukrayna arasında razılıq əldə edilmədən biz sanksiyaları ləğv etməyəcəyik", - deyə kansler bildirib. Onun sözlərinə görə, bu "zorla qəbul etdirilmiş sülh" olmamalıdır.

Kansler qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini, o cümlədən müdafiə sahəsində davam etdirəcək, lakin fikirləşmədən hərəkət etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir. “Biz onları dəstəkləməyə davam edəcəyik. Lakin kimsə yüksək səslə tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur", - deyə O.Şolts bildirib.

"Verdiyimiz hər bir qərarın gətirib çıxaracağı nəticələr barədə də düşünürük", - deyə kansler əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti