...

Avropa Komissiyası qaza görə rublla ödənişləri sanksiyaların pozulması hesab edib

Dünya xəbərləri Materials 3 May 2022 08:01 (UTC +04:00)
Avropa Komissiyası qaza görə rublla ödənişləri sanksiyaların pozulması hesab edib

Bakı. Trend:

Avropa Komissiyası (AK) Rusiya qazına görə rublla ödənişlərin sanksiyalar rejiminin pozulması hesab edir, lakin yaxın günlərdə Avropa İttifaqının (Aİ) şirkətlərinə mümkün tədbirlərlə bağlı ətraflı izahat verəcək.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Brüsseldə keçirilən Aİ Şurasının fövqəladə iclasından sonra mətbuat konfransında deyib.

"Biz aydın şəkildə deyirik ki, rublla ödəniş etmək və Qazprombankda ikinci hesab açmaq sanksiyaların pozulması olacaq və bu, qəbul edilə bilməz. Aİ Şurası həmrəylik və birliyə ehtiyac olduğunu bəyan etdi. Mən nazirlərə söz verdim ki, ofisim Avropa Komissiyası və Aİ Şurasının hüquq xidmətləri ilə birlikdə şirkətlərin sanksiyalar rejimində nəyi edə və edə bilməyəcəkləri barədə daha ətraflı təlimatlar hazırlayacaq", - deyə K.Simson bildirib.

Avropa komissarı vurğulayıb ki, Aİ-nin qaz tədarükü ilə bağlı hələlik heç bir risk yoxdur. Artıq Rusiyadan qaz almayan Bolqarıstan və Polşa Yunanıstan və Almaniyadan keçməklə alternativ yollarla qazla təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti