...

"Taliban" Pəncşirdə üsyançı qüvvələrə zərbələr endirib

Dünya xəbərləri Materials 10 May 2022 06:53 (UTC +04:00)
"Taliban" Pəncşirdə üsyançı qüvvələrə zərbələr endirib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Taliban" hərəkatının silahlı birləşmələri Əfqanıstanın Pəncşir əyalətində Milli Müqavimət Cəbhəsinin üsyançılarının mövqelərinə irimiqyaslı zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "TOLOnews" televiziya kanalına region administrasiyasının nümayəndəsi Abubakar Sidikki bildirib.

"Milli Müqavimət Cəbhəsinin ən azı 10 əməkdaşı məhv edilib, bizim tərəfimizdən itkilər beş nəfər ölüb, iki nəfər yaralanıb", - deyə A.Siddiki qeyd edib.

Onun sözlərinə görə, Pəncşirdə vəziyyət nəzarət altındadır, hazırda orada "Taliban"ın 5 min döyüşçüsü yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti