Bakı. Trend:
ABŞ Administrasiyası Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələri ilə dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirmək üçün 60 milyon dollar ayırıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evdən ASEAN və ABŞ liderlərinin Vaşinqtonda keçirilən iki günlük zirvə toplantısı ilə bağlı verilən açıqlamada deyilib.
Sənəddə ABŞ-da silahlı qüvvələrin növündən biri olan Sahil Mühafizəsinin bu təşəbbüslə məşğul olunacağı vurğulanıb.