...

İsveçin hakim partiyası NATO üzvlüyünə qoşulmağını dəstəkləyib

Dünya xəbərləri Materials 15 May 2022 20:39 (UTC +04:00)
İsveçin hakim partiyası NATO üzvlüyünə qoşulmağını dəstəkləyib

Bakı. Trend:

İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, İsveçdə hakimiyyətdə olan Sosial Demokrat Partiyası ölkənin NATO-ya daxil olmasının tərəfdarı olub.

Trend-in məlumatına görə, bu barədə İveç xarici işlər naziri Ann Linde öz "Twitter" səhifəsində yazıb.

"Bu gün İsveç Sosial Demokrat Partiyası tarixi qərar qəbul edib: o, müdafiə alyansına - NATO-ya qoşulmağı dəstəkləmək qərarına gəlib", - deyə A.Linde bildirib.

Partiyanın bəyanatında deyilib ki, partiya Stokholmun NATO-ya üzvlük üçün müraciət etməsi üçün çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti