...

Somalidə prezident seçkilərinin nəticələri açıqlanıb

Dünya xəbərləri Materials 16 May 2022 05:24 (UTC +04:00)
Somalidə prezident seçkilərinin nəticələri açıqlanıb

Bakı. Trend:

Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.

Trend xəbər verir ki, bu barədə səsvermənin nəticələrinə istinadən "Somali Guardian" portalı məlumat yayıb.

Həsən Şeyx Mahmud - Somalinin keçmiş prezidentidir (2012-2017). O, 2011-ci ildə “İslam demokratiyası” mövqeyini tutan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib. O, ilk dəfə 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib. Həsən Şeyx Mahmudun hakimiyyəti dövründə əvvəllər radikalların işğal etdiyi ərazilərin əksəriyyəti Somali hökumətinin nəzarətinə qaytarılıb, federal ştatların muxtar administrasiyaları yaradılıb, BVF ilə əlaqələr qurulub. Ölkədə Qərb ölkələrinin, eləcə də Çin və Türkiyənin səfirlikləri yenidən fəaliyyətə başlayıb. Eyni zamanda onun hökuməti bir sıra böyük korrupsiya qalmaqalları ilə yadda qalıb.

Somalinin yeni prezidentini 37 namizəd arasından parlamentin aşağı və yuxarı palatalarının 329 deputatı seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti