...

Bayden ABŞ Prezidenti qismində Cənubi Koreyaya ilk səfərini edəcək

Dünya xəbərləri Materials 20 May 2022 05:07
Bayden ABŞ Prezidenti qismində Cənubi Koreyaya ilk səfərini edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Cümə günü ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi Koreya Respublikasına ilk səfərini edəcək.

Trend "TASS"a istinadla xəbər verir ki, şənbə günü ABŞ Prezidentinin Cənubi Koreya lideri Yun Sok Yol ilə ilk sammiti baş tutacaq. Üçgünlük səfərin əsas mövzuları ikitərəfli münasibətlərlə yanaşı, Koreya Xalq Demokratik Respublikasının raket-nüvə proqramı, iqtisadi təhlükəsizlik və regional əməkdaşlıq məsələləri olacağı gözlənilir.

ABŞ Prezidentinin səfəri Yun Sok Yolun inauqurasiyasından cəmi on gün sonra baş tutacaq ki, Cənubi Koreya prezidentlərinin vəzifələrinin icrasına başlamasından sonra belə tezliklə ABŞ ilə sammit baş tutmayıb. Cənubi Koreya Administrasiyası nümayəndəsinin sözlərinə görə, dövlət başçıları gün ərzində azı bir dəfə görüşəcəklər. Cümə və bazar günləri ənənəvi və iqtisadi təhlükəsizlik məsələlərinə həsr edilən tədbirlər planlaşdırılıb.

Şənbə günü keçiriləcək sammitə hazırlıq Vaşinqton və Seulun Şimali Koreyanın "təxribatlar" - raket buraxılışları və ya nüvə sınaqları həyata keçirməsi ehtimalı ilə bağlı davamlı bəyanatları fonunda gedib. Belə olan halda tərəflər prezidentlərə silahlı qüvvələrin komanda sistemlərinə dərhal çıxış əldə etməyə imkan verəcək “B planı” hazırlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti