...

ABŞ raket buraxılışı səbəbi ilə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 28 May 2022 04:52 (UTC +04:00)
ABŞ raket buraxılışı səbəbi ilə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ kütləvi qırğın silahları və ballistik raketlər üzrı fəaliyyətinə görə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Trend cəbər verir ki, barədə South China Morning Post nəşri yazır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, iki bank, bir ticarət şirkəti və bir fiziki şəxs Şimali Koreyanın silahların inkişaf etdirilməsi proqramlarını dəstəklədikləri üçün sanksiyaya məruz qalıb.

ABŞ sanksiyaları Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalar tətbiq edən qətnaməsinə veto qoymasından sonra tətbiq edilib.

İlin əvvəlindən Şimali Koreya 23 ballistik raket atıb, o cümlədən altı qitələrarası ballistik raket,. Bu da BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozluması deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti