Bakı. Trend:
Türkiyənin qərbində 4,8 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bursa şəhərindən 107 kilometr cənub-qərbdə, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.