...

Yaponiya Rusiyaya bir sıra tikinti texnikasının ixracını qadağan edir

Dünya xəbərləri Materials 10 İyun 2022 05:13 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya yeni sanksiyalar paketinin bir hissəsi olaraq, iyunun 17-dən Rusiyaya müxtəlif növ yük maşınları və buldozerlərin ixracını qadağan edəcək.

Trend xəbər verir ki, bu barədə cümə günü Tokioda keçirilən mətbuat konfransında iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda bildirib.

"Nazirlər Kabinetinin 7 iyun tarixli sənaye infrastrukturunun gücləndirilməsinə töhfə verən məhsulların Rusiyaya ixracına qadağa qoyulması ilə bağlı qərarı ilə əlaqədar iyunun 17-dən yük avtomobilləri, özüboşaldan avtomobillər, buldozerlər və digər texnikanın tədarükünə qadağa tətbiq olunacaq”, - deyə o bildirib.

Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısına bəzi ağac növləri, dəzgahlar üçün komponentlər və ehtiyat hissələri, polad çənlər, buxar və qaz generatorları da daxildir. Bundan əlavə, siyahıya nasoslar, turbinlər, çoxfunksiyalı printerlər, dəzgahlar, ölçü və sınaq alətləri, sənaye robotları və s. daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti