Bakı. Trend:
Kanadanın paytaxtı Ottavada yerləşən parlament binasındakı insanlar təxliyə olunub.
Trend yerli KİV-ə istinadla xəə verir ki, polis ehtimal olunan təhlükəyə görə binadakı işçiləri təxliyə edib. Deputatlara isə binaya yaxınlaşmamaq barədə xəbərdarlıq göndərilib. Güc strukturları parlament binasına yaxın məhəllələrdə də əməliyyat keçirib.
Bir neçə saatlıq yoxlanışdan sonra işçilərin binaya qayıtmasına icazə verilib.
Əməliyyatın səbəbləri və təhlükənin nədən ibarət olması barədə ictimaiyyətə məlumat verilməyib.