...

Venesuelada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 13 İyun 2022 07:08 (UTC +04:00)
Venesuelada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Venesuelada meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

Qeyd olunur ki, ölkədə xəstəliyə yoluxmuş ilk insan Venesuelaya İspaniyadan gəlib. O, həmin ölkədə, xəstəliyə yoluxmuş iki nəfərlə təmasda olub.

Qurumun bildirdiyinə görə, hazırda yoluxmuş şəxs karantinə alınıb. Onu vəziyyəti stabil qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti