...

İranda zavodda qəza nəticəsində 133 nəfər zəhərlənib

Dünya xəbərləri Materials 14 İyun 2022 07:30 (UTC +04:00)
İranda zavodda qəza nəticəsində 133 nəfər zəhərlənib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün İranın cənubunda yerləşən Fars vilayətinin Firuzabad rayonunda natrium karbonat zavodunda kimyəvi maddələrin sızması nəticəsində 133 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Şiraz Tibb Elmləri Universitetinin rektoru Vəhid Hüseyni deyib.

V.Hüseyninin sözlərinə görə, həkimlərin dərhal müdaxiləsi nəticəsində zərərçəkənlərə ciddi ziyanların dəyməsinin qarşısı alınıb. Artıq zəhərlənənlərdən 114-ü evə buraxılıb.

Qeyd edək ki, İranın Firuzabad rayonunda yerləşən natrium karbonat zavodu 2020-ci ildə rəsmən istifadəyə verilib. Bu zavodda ildə 320 min ton natrium karbonat istehsal oluna bilər. Zavodun məhsulu şüşə, kristal, yuyucu və su təmizləyici vasitələrin istehsalında istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti