...

"Microsoft" şirkəti məşhur brauzerinin dəstəyini dayandırır

Dünya xəbərləri Materials 15 İyun 2022 07:42 (UTC +04:00)
"Microsoft" şirkəti məşhur brauzerinin dəstəyini dayandırır

Bakı. Trend:

ABŞ-ın "Microsoft" korporasiyası 15 iyun 2022-ci il tarixindən etibarən "Internet Explorer" brauzerinin ən son əsas versiyası olan "Internet Explorer 11"-in dəstəyini dayandırır.

Trend xəbər verir ki, müvafiq qərar İT nəhəngi tərəfindən mayın 19-da qəbul edilmişdir.

Bununla belə, bir sıra ixtisaslaşmış nəşrlər bildirir ki, bu "Windows" əməliyyat sisteminin bəzi versiyalarını əhatə etməyəcək, xüsusən də brauzer Windows 10 LTSC versiyasında işləməyə davam edəcək.

"Microsoft" qəbul etdiyi qərarı brauzerin "köhnəlməsi" ilə izah edib. Bildirilir ki, əsas brauzerin xüsusiyyətləri artıq 2015-ci ildə istifadəyə verilən, köhnə və müasir veb-saytları və tətbiqləri dəstəkləyən "Microsoft Edge" də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti