...

Slovakiya hava məkanının mühafizəsi üçün Çexiyaya müraciət edib

Dünya xəbərləri Materials 19 İyun 2022 06:24 (UTC +04:00)
Slovakiya hava məkanının mühafizəsi üçün Çexiyaya müraciət edib

Bakı. Trend:

Slovakiyanın müdafiə naziri Yaroslav Nad, şənbə günü Praqaya səfəri zamanı, ölkəsinin hava məkanının qorunması ilə bağlı növbəti iki il ərzində kömək göstərilməsi ilə bağlı Çexiyaya müraciət edib.

Trend xəbər verir ki, bu barədə "ČTK" agentliyi məlumat yayıb.

Slovakiya 4 il əvvəl ABŞ-dan 14 ədəd F-16 qırıcısı sifariş edib. İlk təyyarə bu il alınmalı idi, lakin onların istehsalı üçün lazım olan elektron komponentlərin olmaması səbəbindən tədarüklər iki il gecikdi.

Bununla əlaqədar, Bratislava Çexiyaya, daha əvvəl isə Polşaya müraciət edərək, Slovakiyanın hava məkanının bu ölkələrin hərbi-hava qüvvələrinin qırıcıları tərəfindən müvəqqəti mühafizəsini təmin etmək xahişi ilə müraciət edib. Varşavanın artıq ilkin razılıq verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti