...

Türkiyə Macarıstana polad ixracını 50 faizdən çox artırıb

Dünya xəbərləri Materials 21 İyun 2022 13:59 (UTC +04:00)
Türkiyə Macarıstana polad ixracını 50 faizdən çox artırıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Macarıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz artıraraq 20 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə Macarıstana polad ixracını 2021-ci ilin eyni ayı ilə müqayisədə 59,4 faiz artıraraq 4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin ümumi polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 24,8 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti