...

Britaniya ordusunun döyüş hazırlığını artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 28 İyun 2022 04:33 (UTC +04:00)

Bakı. Trend:

Britaniya ordusunun döyüş hazırlığını artırmaq niyyətindədir.

Trend "SkyNews"a istinadla xəbər verir ki, Birləşmiş Krallığın SQ Baş Qərargah rəisi, general Patrik Sanders döyüş hazırlığında olan hərbçilərin sayının artırılmasının zəruriliyini bəyan etməyi planlaşdırır.

Telekanalın məlumatına görə, Sanders indiki vəziyyəti 1937-ci ildə Avropadakı vəziyyətlə müqayisə edir.

General hesab edir ki, Britaniya silahlı qüvvələri yaxın gələcəkdə onların arasında qarşılıqlı əlaqəni dəqiqləşdirmək üçün döyüş hazırlığının artırılmasına və ordunun müxtəlif bölmələrinin birgə təlimlərinə daha çox diqqət yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti