...

Özbəkistan prezidenti Qaraqalpaqıstan ilə bağlı Konstitusiyaya dəyişiklik etməməyi təklif edib

Dünya xəbərləri Materials 2 İyul 2022 21:04 (UTC +04:00)
Özbəkistan prezidenti Qaraqalpaqıstan ilə bağlı Konstitusiyaya dəyişiklik etməməyi təklif edib

Bakı. Trend:

İyulun 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukus şəhərinə gəlib.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Şerzod Asadov bildirib.

Məlumata əsasən, dövlət başçısı Qaraqalpaqıstanın Jokarqı Kenesin deputatları, yaşlı nəslin nümayəndələri və fəalları ilə görüşüb.

Konstitusiyaya əlavə və dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alaraq, habelə Qaraqalpaqıstan sakinlərinin fikirlərinin öyrənilməsi əsasında Ş.Mirziyoyev Özbəkistan Respublikası Konstitusiyasının 71, 72, 74, 75-ci maddələrin hazırkı redaksiyalarının qorunub saxlanılmasının zəruriliyini qeyd etdi.

Qeyd edək ki, iyunun 1-də Nukusda bəzi vətəndaşlar Nukus ətrafında plansız yürüşlər keçirib, bundan sonra mərkəzi dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz aksiya təşkil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti