...

İtaliyanın Baş naziri Türkiyədə səfərdədir

Dünya xəbərləri Materials 5 İyul 2022 19:34 (UTC +04:00)
İtaliyanın Baş naziri Türkiyədə səfərdədir

Bakı. Trend:

İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlanıb.

Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı Ankarada rəsmi mərasimlə qarşılayıb.

İtaliyanın Baş naziri Mario Draqi Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri ziyarət edib.

İki ölkə lideri, eləcə də heyətlərarası görüşlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Mario Draqi birgə mətbuat konfransı keçirəcəklər.

Nümayəndə heyətinin səfərinin məqsədi Ankarada keçiriləcək Türkiyə ilə İtaliya arasında hökumətlərarası zirvə toplantısında iştirak etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti