Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken və Pakistanın xarici işlər naziri Bhutto Zardari arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilir.
Onun sözlərinə görə, tərəflər telefon danışığı zamanı qeyd ediblər ki, "iqtisadi sabitlik, iqlim və səhiyyə sahələrində <...> ikitərəfli əməkdaşlığı gücləndirməyə" çalışırlar. Onlar həmçinin "Əfqanıstanda humanitar böhranın yumşaldılması, regionda sabitliyin qorunması, ticarət və humanitar əlaqələrin inkişafı üçün fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər".
Entoni Blinken və Bhutto Zardari Ukraynadakı hadisələrin “Pakistanın və dünyanın ərzaq təhlükəsizliyi” üçün “dağıdıcı nəticələrindən” də danışıblar.