...

İtaliya prezidenti baş nazir Draqinin istefasını qəbul etməyib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 İyul 2022 22:15 (UTC +04:00)
İtaliya prezidenti baş nazir Draqinin istefasını qəbul etməyib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

Trend-in məlumatına görə, bu barədə İtaliya prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub, S.Mattarella M.Draqi ilə Kvirinal sarayında görüşüb:

"Respublika Prezidenti istefanı qəbul etməyib və bu gün Respublika Senatında keçirilən iclasdan sonra yaranmış vəziyyəti qiymətləndirmək üçün Şura sədrini Parlamentə gəlməyini təklif edib".

xxx

21:51

İtaliyanın baş naziri Mario Draqi istefa vermək qərarına gəldiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Corriere della Sera" qəzeti xəbər verib.

Məlumata əsasən, o, istefa ərizəsini iyulun 14-ü axşam prezident Sercio Mattarellaya göndərəcək.

M.Draqi müvafiq kommunike yayıb və getmək niyyətini hökumətinin əksər siyasi qüvvələrin dəstəyini itirməsi ilə izah edib.

O xatırladıb ki, inauqurasiya nitqində hökumətinin öz proqramını yerinə yetirmək perspektivi olduğu müddətdə işləyəcəyinə söz verib. Onun sözlərinə görə, bu proqram çoxluğun etimadını itirib və hakim koalisiyada fikir ayrılıqları yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti