Bakı. Trend:
Rusiyanın "Qazprom" şirkəti bu ilin əvvəlindən ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatını 10,4 faiz azaldıb.
Trend-in məlumatına görə, bu barədə "Qazprom"un hesabatında deyilir. Bu müddət ərzində qaz hasilatı 249,7 milyard kubmetr təşkil edib.
Eyni zamanda, şirkətin həyata keçirdiyi qaz ixracı ötən ilin ilk yarısı ilə müqayisədə 33,1 faiz azalaraq 71,9 milyard kubmetr təşkil edib.