...

Rusiyada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 İyul 2022 02:34 (UTC +04:00)
Rusiyada təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər.

"Saat 22:30-da Novokubanski rayonu, Proçnookopskaya kəndi yaxınlığında eniş zamanı elektrik xətti ilə toqquşması nəticəsində An-2 təyyarəsi qəzaya uğraması barədə məlumat daxil olub", - deyə açıqlamada deyilir.

Qəza yerində yanğın olmadığı qeyd edilir. Ərazidə 31 nəfər və 11 texnika çalışır.

Qeyd edilir ki, qəza nəticəsind təyyarənin hər iki pilotu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti