...

Tənəzzül ABŞ iqtisadiyyatını təhdid etmir - Bayden

Dünya xəbərləri Materials 26 İyul 2022 02:05 (UTC +04:00)
Tənəzzül ABŞ iqtisadiyyatını təhdid etmir - Bayden

Bakı. Trend:

Tənəzzül Amerika iqtisadiyyatını təhdid etmir, ABŞ hələ də ölkə tarixində ən aşağı işsizlik səviyyəsinə malikdir.

Trend xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Co Bayden deyib.

"Məncə, bizdə tənəzzül olmayacaq. İşsizlik səviyyəsi tarixdə ən aşağı səviyyədə olaraq qalır, təxminən 3,6 faizdir ", - deyə, C.Bayden jurnalistin müvafiq sualın cavabında bildirib.

O əlavə edib ki, ABŞ-da investisiya prosesləri davam edir. "Ümid edirəm ki, biz bu sürətli artımdan sabit artıma keçəcəyik. Və biz cüzi azalma görəcəyik. Tanrının köməyi ilə tənəzzül görməyəcəyimizə inanıram", - ABŞ lideri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti