...

San-Fransisko şəhərində meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 29 İyul 2022 17:35 (UTC +04:00)
San-Fransisko şəhərində meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Trend-in məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək.

Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib.

Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti