...

İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 30 İyul 2022 02:46 (UTC +04:00)
İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Mühərrikin nasazlığı səbəbindən İstanbul boğazında duran 134 metrlik Sparta gəmisi təhlükəsiz əraziyə çəkilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bildiriblər.

Məlumata əsasən, gəmi təhlükəsiz əraziyə çəkildikdən sonra İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub.

XXX

21:45

Misirdən Bolqarıstana gedən gəminin sıradan çıxması səbəbindən İstanbul boğazı hər iki istiqamətdə hərəkət üçün bağlanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bildiriblər.

"Misirdən Bolqarıstana gedən 134 metrlik “Sparta” gəmisinin Sultan Səlim Yavuz körpüsü yaxınlığında mühərriki sıradan çıxıb. Hadisə yerinə “Kurtarma-12” və “Nazim Tur” gəmiləri göndərilib. Qəzaya görə İstanbul boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti