Bakı. Trend:
Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ordusunun gecə yarısı ölkəyə hücum etməyi planlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "Danas" nəşri məlumat verib.
"Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır", - deyə Serbiya prezidenti bildirib.
Bundan əvvəl Kosovo və Serbiya sərhədində atəş və hava hücumlarının eşidildiyi bildirilib.
Yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovonun şimalında barrikadalar qurur, yollar bağlanıb.