...

Çin ordusu Tayvan ətrafında üç ərazidə hərbi təlimlərə başlayıb

Dünya xəbərləri Materials 2 Avqust 2022 21:41 (UTC +04:00)
Çin ordusu Tayvan ətrafında üç ərazidə hərbi təlimlərə başlayıb

Bakı. Trend:

ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda Çin Xalq Azadlıq Ordusu ada ətrafında üç ərazidə təlimlərə başlayıb.

Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Zonası ardıcıl olaraq Tayvan adası ətrafında bir sıra hərbi əməliyyatlar həyata keçirir", - deyə telekanal bildirib. Məlumata əsasən, Tayvanın şimal, cənub-qərb və cənub-şərqində dəniz və hava təlimləri keçirilir.

Çin silahlı qüvvələri təlimlər zamanı təxribat baş verəcəyi təqdirdə Tayvanı cavab atəşi ilə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti