Bakı. Trend:
Ukrayna taxılını daşıyan daha üç gəmi bu gün Odessa limanından yola düşüb.
Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Qeyd olunub ki, qarğıdalı yüklü gəmilər Türkiyə, Böyük Britaniya və İrlandiyaya hərəkət edir. Gəmilərin ümumi yükünün 58 min ton olduğu deyilir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə, Rusiya, Ukrayna və BMT tərəfindən əldə olunan razılıq əsasında ilk taxıl gəmisi avqustun 1-də Ukrayanadan Livana yola düşmüşdü.