Bakı. Trend:
Böyük Britaniyada qarşıdan gələn həftə sonu üçün krallığın bir sıra bölgələrində yanğın təhlükəsinin ən yüksək səviyyəsi elan edilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Mərkəzi, Cənub və Şərqi İngiltərədə meşə yanğınlarının baş vermə ehtimalı çox yüksəkdir.
Bu ərazilərdə maksimum temperaturun təxminən 37 dərəcəyə çatacağı gözlənilir. Bu iyulda qeydə alınan rekord 40,3 dərəcədən aşağı olsa da, istilik dalğası uzana bilər.
İsti dalğası Avropa ölkələrinin enerji sisteminə yükü xeyli artırıb ki, bu da elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olub. Xüsusilə istehlakçıların kondisionerlərdən kütləvi istifadə etməsi səbəbindən ona tələbat artıb. Çaylarda suyun temperaturu reaktorların soyudulması üçün icazə verilən temperaturdan artıq olduğu üçün Fransa və İsveçrədə də atom elektrik stansiyalarının fəaliyyəti məhdudlaşdırılıb.