...

Bolqarıstanda turist avtobusunun qəzaya uğraması nəticəsində 17 uşaq xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 15 Avqust 2022 01:27 (UTC +04:00)
Bolqarıstanda turist avtobusunun qəzaya uğraması nəticəsində 17 uşaq xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığında turist avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, insident saat 20:00 radələrində baş verib.

7-17 yaş arası 17 uşaq və bir neçə böyük hadisədən sonra əsasən yüngül xəsarətlərlə Stara Zagora xəstəxanasına aparılıb.

Ümumilikdə avtobusda Bolqarıstanın Qara dəniz sahilindən Belqrada qayıdan folklor festivalının iştirakçıları olan 48 nəfər olub.

Ölənlər barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti