...

Ekvadorda partlayış baş verib

Dünya xəbərləri Materials 15 Avqust 2022 08:22 (UTC +04:00)
Ekvadorda partlayış baş verib

Bakı. Trend:

Ekvadorun liman şəhəri olan Quayakildə baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Trend xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə zamanı səkkiz ev və iki avtomobil partladılıb.

Ekvadorun daxili işlər nazirinin sözlərinə görə, bu, silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.

Bu hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti