Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Hindistanı ABŞ üçün əvəzolunmaz tərəfdaş kimi görür və inanır ki, iki ölkə "qaydalara əsaslanan nizamı müdafiə etmək" üçün birlikdə çalışacaq.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Hindistanın Böyük Britaniyadan müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar bildirib.
"Hindistan və ABŞ əvəzolunmaz tərəfdaşlardır və onlar arasındakı strateji tərəfdaşlıq qanunun aliliyinə və insan azadlığı və ləyaqətinin qorunmasına ortaq öhdəliyə əsaslanır" - deyə Bayden bildirib.
Bayden qeyd edib ki, ABŞ-da 4 milyona yaxın hind əsilli vətəndaş yaşayır.