...

Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır - Çavuşoğlu

Dünya xəbərləri Materials 16 Avqust 2022 23:10 (UTC +04:00)
Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır - Çavuşoğlu

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə həmişə Suriya münaqişəsinin siyasi həllinin tərəfdarı olub.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Suriyada davamlı sülh üçün döyüşən tərəflər arasında konsensusa nail olmaq lazımdır. “Suriya müxalifəti Türkiyəyə güvənir, lakin Suriyada sülh və sabitlik üçün konsensus lazımdır”, - deyə o, xüsusilə qeyd edib.

Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Suriyanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti