...

İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 17 Avqust 2022 02:17 (UTC +04:00)
İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Bakı. Trend:

İranın cənub-qərbində yerləşən Əhvaz vilayətində meymun çiçəyinə yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, virusun aşkarlandığı 34 yaşlı qadının dərisi üzərində zədələr müşahidə olunub. Qadın dərhal karantinə alınıb və son analizlər təsdiqləndikdən sonra hazırda ev şəraitində müalicə olunur.

İranın Səhiyyə Nazirliyi meymun çiçəyinin çox ölümcül olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti