...

Yaponiyada 40 mindən çox insan təxliyə tövsiyəsi alıb

Dünya xəbərləri Materials 17 Avqust 2022 06:55 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Tsusima şəhərinin 40 mindən çox sakini güclü yağışlardan sonra sürüşmə təhlükəsi ilə əlaqədar təxliyə tövsiyəsi alıb.

Trend xəbər verir ki, son bir neçə saat ərzində Naqasaki prefekturasının bəzi ərazilərinə təxminən 75 mm yağıntı düşüb.

Həmçinin Naqasakiyə bitişik Saqa prefekturasında, eləcə də Fukuoka prefekturasında və Yapon dənizinin sahilindəki İşikavada sürüşmə təhlükəsi var.

Yağıntının intensivliyi saatda 60 mm, bəzi yerlərdə hətta 90 mm-ə çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti