...

Aİ Ukraynada sülhün bərqərar olmasında Türkiyəyə ümid edir

Dünya xəbərləri Materials 23 Avqust 2022 04:19 (UTC +04:00)
Aİ Ukraynada sülhün bərqərar olmasında Türkiyəyə ümid edir

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə C.Borrell özünün "Twitter" səhifəsində yazıb.

O, Türkiyənin Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təsirindən istifadə edəcəyinə ümid etdiyini bildirib.

"Mən Türkiyənin BMT-nin Ukrayna taxılının ixracına dair razılaşmasının təmin edilməsində rolunu vurğuladım", - deyə C.Borrel bildirib.

Onun sözlərinə görə, o, Ukrayna hadisələrinin nəticələrinin yumşaldılmasında da Türkiyənin rolunu qeyd edib.

"Aİ sanksiyalarının təsirini müzakirə etdim və Türkiyənin <...> müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcəyinə ümid etdiyimi bildirdim", - deyə Ali Nümayəndə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti