...

Kubada meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb

Dünya xəbərləri Materials 23 Avqust 2022 14:58 (UTC +04:00)
Kubada meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kubada meymunçiçəyi infeksiyasından ilk ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, bir neçə gün Kubaya gəlmiş 50 yaşlı italiyalı turist xəstəlikdən vəfat edib. Bu, həm də Kubada qeydə alınmış yeganə meymunçiçəyi faktı olub.

Nazirliyin məlumatına əsasən, həmin şəxslə təmasda olmuş bir neçə nəfər təcrid olunub, onlarda xəstəliyin simptomları aşkar edilməyib.

Xatırladaq ki, bu günə qədər meymunçiçəyindən ölüm Afrika ölkələri ilə yanaşı İspaniya, Braziliya və Hindistanda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti