Bakı. Trend:
Rusiya Silahlı Qüvvələrinin sayı 2,39 milyon nəfərədək artırılacaq.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd olunur ki, bu göstəricinin 1,15 milyon nəfəri hərbi qulluqçular, digərləri mülki şəxslər olacaq.
Fərman yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibi 1,9 milyon nəfərdən çoxdur və bunun 1,013 nəfərini hərbi qulluqçular təşkil edir.