...

“Şimal axını” kəmərinin fəaliyyəti tamamilə dayandırılıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2022 03:07 (UTC +04:00)
“Şimal axını” kəmərinin fəaliyyəti tamamilə dayandırılıb

Bakı. Trend:

“Şimal axını” kəmərinin fəaliyyəti tamamilə dayandırılıb.

Trend xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” kəmərinin yeganə işlək mühərrikinin sıradan çıxdığını və bununla da kəmər ilə qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

Şirkətdən bildiriblər ki, nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri, eləcə də “Türk axını” vasitəsilə daşınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti