...

Yaponiyada "Nanmadol" tayfunu nəticəsində 150-dən çox insan yaralanıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2022 07:33 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyadan güclü “Nanmadol” tayfununun keçməsi nəticəsində 150-dən çox insan xəsarət alıb, iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.

Məlumata əsasən, Miyazaki prefekturasında bir kişi torpaq sürüşməsi səbəbindən evinin dağılması nəticəsində həlak olub. Daha bir ölənin şəxsin meyiti su basmış avtomobildən çıxarılıb.

Xirosima prefekturasında bir nəfər itkin düşüb.

Prefektura hökumətlərinin məlumatına görə, tayfun nəticəsində ən azı 151 nəfər xəsarət alıb.

"Kyushu Electric Power Co." bildirib ki, 350 mindən çox ev işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti