...

İtaliyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Dünya xəbərləri Materials 26 Sentyabr 2022 10:34 (UTC +04:00)
İtaliyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Trend-i buradan izləyin

Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada ötən gün keçirilmiş parlament seçkilərində sağ-mərkəz təmayüllü partiyalardan ibarət blok qalib gəlib.

Trend-in məlumatına görə, "İtaliyanın qardaşları", "Liqa" və "İrəli, İtaliya" partiyalarından ibarət blok Senata seçkilərdə səslərin 44,1 faizini, Deputatlar Palatasına seçkilərdə 43,8 faizini toplayıb.

Onların ən yaxın rəqibi olan Demokratik Partiyanın rəhbərliyi ilə sol-mərkəz təmayüllü blok müvafiq olaraq 26,1 və 26,3 faiz səs toplayıb.

Yaxın günlərdə ən çox səs toplamış "İtaliyanın qardaşları" partiyasının sədri Corcia Meloninin yeni hökumət formalaşdırmağa başlayacağı gözlənilir.

O, İtaliya tarixində ilk qadın baş nazir ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti