Bakı. Trend:
Rusiyada son sutka ərzində 40 017 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, ötən gün 36 605 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 20,9 milyon nəfəri keçib.
Eyni zamanda, son sutkada 111 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu rəqəm 101 nəfərə bərabər idi.
Rusiyada bu günədək koronavirusdan 387 054 nəfər vəfat edib.