Bakı. Trend:
İraqın valyuta ehtiyatları ölkənin müasir tarixində rekord səviyyəyə çataraq 87 milyard dolları keçib.
Trend xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının açıqlamasında deyilir.
"Hazırda ölkənin valyuta ehtiyatları 87 milyard dollardan çoxdur ki, bu da Mərkəzi Bankın indiyə qədər əldə etdiyi ən böyük məbləğdir", - deyə açıqlamada bildirilir.