...

İsrail Nazirlər Kabineti ölkənin Türkiyədəki səfirinin təyinatını təsdiqləyib

Dünya xəbərləri Materials 2 Oktyabr 2022 16:05 (UTC +04:00)

Bakı. Trend:

İsrail hökuməti İrit Lillianın ölkənin Türkiyədəki səfiri təyin edilməsinə razılıq verib.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Yair Lapid yazıb.

"Nazirlər Kabineti bu gün İsrailin Türkiyədəki yeni səfiri İrit Lillianın təyinatını təsdiqləyib. Bu, İsrail və Türkiyə arasında bir ildir üzərində işlədiyimiz diplomatik əlaqələrin bərpası istiqamətində daha bir mühüm addımdır", - deyə baş nazir bildirib.

Y.Lapid qeyd edib ki, ötən həftə onun Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Onun sözlərinə görə, hər iki lider öz administrasiyalarına iki ölkə arasında "siyasi və iqtisadi əlaqələrin daha da yaxşılaşdırılması üçün çalışmağı" tapşırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti