Bakı. Trend:
Meksika sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri La Rivera şəhərindən təxminən 70 km şərqdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.