...

"Falcon 9" raket-daşıyıcısı Atlantik okeanındakı platformaya uğurla eniş edib

Dünya xəbərləri Materials 9 Oktyabr 2022 05:46 (UTC +04:00)
"Falcon 9" raket-daşıyıcısı Atlantik okeanındakı platformaya uğurla eniş edib

Bakı. Trend:

ABŞ-ın "Falcon 9" raket-daşıyıcısının təkrar istifadə edilə bilən birinci pilləsi Atlantikada üzən platformada uğurlu idarə olunan eniş edib.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Məlumata əsasən, raket-daşıyıcı ABŞ operatoru olan "Intelsat" şirkətinin iki "Galaxy 33" və "Galaxy 34" telekommunikasiya peyki ilə orbitə çıxarılıb.

Raket Floridadakı Kanaveral Burnunda yerləşən kosmodromdakı 40-cı buraxılış kompleksindən şənbə günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 19:05-də buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti